Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SOCAR niyə şair Qabildən imtina etdi? – Açıqlama

Baxılıb: 622     Tarix: 04-02-2019 14:40   
Bəli, “Poet Qabil” gəmisi SOCAR-ın müəssisələrinə keçib. Neft tankerinin adının dəyişdirilməsində şairə qarşı hər hansı yanlış yanaşmadan söz gedə bilməz. Bu standart prosedurdur. Sahibkar dəyişdisə, gəminin də adı dəyişdirilməlidir ki, sahibkarı səhv salınmasın.
Bu sözləri Qanunvehedef.az-a Dövlət Neft Şirkəti SOCAR-ın mətbuat xidmətindən xalq şairi Qabilin adını daşıyan "Poet Qabil" neft tankerinin adının “Göy Göl Ulduzu” – "Blue Lake Star"a dəyişdirilməsinə münasibət bildirərkən vurğulanıb.
Rəsmi açıqlamaya əsasən, SOCAR imkan daxilində bütün işlərində, ad seçimində Azərbaycanın milli dəyərlərini təbliğ etməyi özünə borc bilir:
“Bizim ən son istehsal etdiyimiz, ən yeni gəmimizin adı “Xankəndi” gəmisidir ki, “Şahdəniz”də sualtı işlər aparacaq. Xankəndi Azərbaycanın ayrılmaz hissəsidir ki, biz gəmimizdə onu yaşatmaqla təbliğ edirik.
“Poet Qabil” gəmisinin də adı dəyişdirilərək əcnəbi ad qoyulmayıb. “Göy Göl Ulduzu” adı verilib gəmiyə və Göygöl də Azərbaycanın gözəl, əhəmiyyətli yerlərindəndir”.
SOCAR sözçüsü bildirib ki, xalq yazıçısının oğlu Mahir Qabiloğlu SOCAR, Xəzər Dəniz Gəmiçiliyi və ya digər aidiyyəti qurumlarla əlaqə yaradarsa, bu məsələyə baxıla bilər:
“Mühüm şəxsiyyətlər, şairlərin adlarının da təbliği gələcək layihələrdə mümkündür və diqqətimizdədir. Xalq yazıçısının oğlu Mahir Qabiloğlu SOCAR və ya Xəzər Dəniz Gəmiçiliyinə, digər aidiyyəti qurumlarla əlaqə yaradarsa, bu məsələyə baxıla bilər. Ümumiyyətlə, bir çox hallarda təşəbbüskar tərəfin rəyi SOCAR tərəfindən nəzərə alınır”.
Xatırladaq ki, SOCAR xalq şairi Qabilin adını daşıyan "Poet Qabil" neft tankerinin adını dəyişib – “Göy Göl Ulduzu” – "Blue Lake Star" qoyması ictimaiyyətdə təəccüblə qarşılanıb.
Vaxtilə gəminin sahibi olan “Palmali” Şirkətlər Qrupundan isə bildirilib ki, 2017-ci ildə SOCAR-la birlikdə ortaq şirkət qurulub və həmin vaxt “Poet Qabil” gəmisi ilə birgə 5 gəmi “Palmali” Şirkətlər Qrupuna məxsus olub. Ortaqlıq dayandırıldıqdan sonra həmin 5 gəmi SOCAR-da qalıb.
Gəmi məhz SOCAR-ın sərəncamına keçdikdən sonra adı dəyişdirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər