Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Prezidentin SAM əvəzinə yeri qurum yaratmasının – Səbəbləri

Baxılıb: 605     Tarix: 07-02-2019 11:50   
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunun möhkəmləndirilməsinə xidmət edəcək.
Bu sözləri Qanunvehedef.az-a Prezident İlham Əliyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərmanına münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, qurumların, strukturların fəaliyyətini orada çalışan insanlar təmin edir:
“Əgər insanlar peşəkardısa, kütləni yaxşı bilirsə, məqsədləri ilk növbədə dövlətə və dövlətçiliyə xidmət etməkdirsə, o zaman hər şey öz qaydasında gedir. Yəni peşəkarlıq hər zaman əsas şərtlərdən biridir. Ölkə başçısının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması ilə bağlı addımını sadəcə təqdir etmək lazımdır. Azərbaycan ərazi baxımından kiçik dövlət olsa da, təkcə regional deyil, qlobal proseslərdə də fəal rol oynayır. Ölkəmizdə həyata keçirilən enerji və nəqliyyat layihələri, eyni zamanda Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticə etibarı ilə ölkəmizi subregional faktora çevirib. Yəni Azərbaycan geosiyasi maraqların nöqtəsində yerləşməklə yanaşı, həm də geosiyasi oyunçulardan biridir. Bunu mübaliğəsiz deyirəm. Bu aspektdən də ölkəmizdə beynəlxalq münasibətlərin çevik şəkildə təhlil olunması, bu və ya digər şəkildə ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinin təmin edilməsi üçün hesabatların hazırlanması çox vacib amillərdən biridir. Bu baxımdan da BMTM-nin yaradılmasını yerində verilmiş qərardır. Ümid edirəm ki, orada çalışan insanlar öz sahəsini yaxşı bilən, çevik reaksiya verməyi bacaran, analitik imkanlara malik olacaqlar”.
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu dövlətin və cəmiyyətin təhlillərə, analizlərə çox böyük ehtiyacı olduğunu vurğulayıb:
“Azərbaycan çox gərgin bölgədə yerləşir, torpaqlarımız işğal altındadır, Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə normal münasibətlərimiz olmasına baxmayaraq, ölkəmiz üçün müəyyən təhdidlər və təhlükələr var. Bütün bunları təhlil etmək lazımdır. Bir müddət öncə ləğv edilən Strateji Araşdırmalar Mərkəzi bu işlərlə məşğul olmurdu. Buna görə də SAM-ın ləğvi aktual idi. Amma BMTM-nin yaradılması onu göstərir ki, yüksək səviyyədə təhlillərin aparılması dövlət tərəfindən istənilir. Bu strukturun necə qurulacağı, kimlərin dəvət olunacağı, əlbəttə ki, Prezidentin verəcəyi qərarla bağlıdır. Amma istərdik ki, yeni yaradılacaq qurum SAM-ı təkrarlamasın”.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, BMTM xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaq məqsədi ilə yaradılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər