Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Struktur islahatları daha hansı sahələri əhatə edəcək? – Açıqlama

Baxılıb: 711     Tarix: 07-02-2019 14:45   

Struktur islahatlarının daha hansı sahələri əhatə edəcəyini öncədən proqnozlaşdırmaq çətindir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu məsələlər bilavasitə ölkə başçısının səlahiyyətlərinə aiddir və onun iradəsi əsasında həyata keçirilir:
“Prezident dövlət orqanlarının çevikliyini necə görürsə, islahatlar da məhz o istiqamətdə aparılır. Nəzərinizə çatdırım ki, Azərbaycanda bütün istiqamətlər üzrə yol xəritələri qəbul olunub. Bu gün həyata keçirilən islahatlar əslində həmin yol xəritələrinin reallaşmasına, gerçəkləşməsinə xidmət edir. İslahatların aparılması ilə bağlı yol xəritələrinin diktə etdiyi amillər var. Düşünürəm ki, bu istiqamətlərdə də müvafiq addımlar atılacaq”.
Analitikin sözlərinə görə, dövlət idarəçilik sistemi mürəkkəbdir, yəni konkret olaraq, peşəkar kimi bir və bir neçə sahə üzrə münasibət bildirmək olar:
“Düşünürəm ki, Azərbaycanda yolla bağlı çoxsaylı strukturların bir qurumda fəaliyyət göstərməsinə ehtiyac var. Əlbəttə, doğrusunu, dəqiqini ölkə başçısı bilir. Bu istiqamətdə bundan sonra atılacaq addımları isə birgə izləyəcəyik”.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking