Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Putinin köməkçisindən Rusiya ilə bağlı sensasion iddia

Baxılıb: 616     Tarix: 11-02-2019 17:40   

Rusiya Prezidentinin köməkçisi Vladislav Surkovun “Nezavisimaya qazeta”da dərc olunan “Putinin gələcək üçün qurduğu əbədi sistem” adlı genişhəcmli yazısı Rusiya cəmiyyətinə və beynəlxalq aləmə mesajdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi qeyd edib ki, yazıda xeyli pafos olsa da, görünür, Putin oxuduqdan sonra onun dərcinə icazə verib:
“Birincisi, Surkov yazır ki, Putinin qurduğu dövlət əbəbidir və gələcəkdə bu dövlət Putinin formalaşdırdığı irsi davam etdirəcək. Surkov nümunə kimi Fransada Şarl de Qollun adı ilə bağlı olan “5-ci respublikaya” istinad edir və Rusiyanın 4 quruluşdan keçdiyini bu şəkildə sıralayır: “XV-XVII əsrlərin Böyük Moskva knyazlığı, Böyük Pyotrun Rusiya İmperiyası, Leninin qurduğu SSRİ və Putinin Rusiyası”. Başqa sözlə, Surkov Rusiyanın gələcəyinin elə Putin irsində də dayanacağına inanır.
İkincisi, Surkovun fikrincə, hazırda Qərb ölkələrində “dərin dövlət” var, ancaq Rusiyada yoxdur. Yəni Rusiyada kimsə Putinə içəridən nəsə diktə edə bilməz. Putin ideologiyasının gələcəyə hədəfləndiyini deyən Surkov Rusiyada hakim zümrədə deyil, xalq içərisində dərin dövlətçilik olduğunu iddia edir. Yəni Surkov bir növ demək istəyir ki, Qərb sistemlərindən fərqli olaraq, Putin sistemi məhz xalq hakimiyyətidir.
Üçüncüsü, Surkov Qərb demokratiyasının yalançı olduğunu, əslində bunun görüntü xarakteri daşığıdığını vurğulayır. O, faktiki Rusiyada antidemokratik idarəetməyə haqq qazandırır. Təsadüfi deyil ki, həmin Surkov bir neçə il əvvəl Rusiya üçün “suveren demokratiya” prinsipini irəli sürmüşdü. Yəni Rusiya demokratiyası ənənəvi Qərb demokratiyasına bənzəmir.
Beləliklə, Surkov Rusiyada gələcəkdə də Putin sisteminin alternativi olmadığını sübut etməyə çalışır. Əlbəttə, Boris Yeltsinin prezident olduğu dövrdən fərqli olaraq, Putin dövrü daha sakit və nisbətən rəvandır. O da həqiqətdir ki, Putin vaxtilə Çeçenistanı ram edərək ölkəsində separatizm meyillərinin qarşısını aldı. Ancaq Yeltsinin dövründə Rusiyanın bu qədər rəqibi və düşməni yox idi. Putin təkdir, qarşısındakı güclər isə daha böyük və çevikdirlər. Ona görə də Surkovun Putin sisteminin gələcəyinə nikbin baxışı sırf ideoloji baxışdır. Bu yazını həm də belə oxumaq olar: “Putinin gedişinə hazırlaşın, ancaq irsi daim yaşayacaq”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər