Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Xaricdən pul alan bu qüvvələr... – Deputatdan xəbərdarlıq

Baxılıb: 671     Tarix: 20-02-2019 17:18   

Ölkəmizi istəməyən dairələrin təhrik və dəstəyi ilə istər xaricdə, istərsə də daxildəki radikal qüvvələr Azərbaycanda vətəndaş həmrəyliyini pozmağa çalışırlar.
Bu sözləri Prezidentin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsi ilə bağlı danışan millət vəkili Musa Quliyev deyib. Deputat bildirib ki, Azərbaycan əhalisinin sosial rifahının gücləndirilməsi daim dövlət başçısının diqqət mərkəzindədir:
“Məhz bu siyasət nəticəsində müavinət alan şəhid ailələrinin sayı 12 750 nəfəri ötüb. Bu dövr ərzində maaşlar 7, pensiyalar 9 dəfə yüksəlib. Bundan başqa, ölkədə özünüməşğulluq proqramı fəaliyyətə başlayıb və 30 min yeni ictimai iş yerinin açılması üçün büdcədən xüsusi vəsait ayrılıb. Artıq 2020-ci ildən icbari tibbi sığorta çərçivəsində bütün Azərbaycan vətəndaşlarına yüksək keyfiyyətli tibbi xidmət göstəriləcək. Bütün bunlar dövlətin əhalinin sosial qayğısına bir töhfəsidir. Təəssüf ki, Azərbaycanın getdikcə daha güclü sosial dövlətə çevrilməsi xaricdən maliyyələşən və Azərbaycanı istəməyən qüvvələri narahat edir. Bu üzdən də fəallaşan radikal qüvvələr ölkədə yürüdülən sosial siyasətə kölgə salmağa çalışırlar”.
Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətçiliyinə qarşı yönəlik çağırışlar və söyüş müxalifəti xalqın marağında deyil:
“Azərbaycanda daha 90-ci illərin ab-havası yoxdur, zor gücü ilə hakimiyyətə gəlmək və mövcud dövlət quruluşunu dəyişməyə yönəlik cəhdlər yolverilməzdir. Radikal qrupların fəaliyyəti heç bir fayda verməyəcək və Azərbaycan xalqı öz sözünü deyəcək. Ona görə də bu qüvvələr radikallıqdan əl çəkib Azərbaycan qanunlarının verdiyi imkanlar çərçivəsində fəaliyyət göstərməli, siyasi ambisiyaları olanlar isə öz sözlərini seçkilərdə deməyi bacarmalıdırlar. Əks təqdirdə ölkədə asayişi pozmağa yönəlik addımların qarşısı qanuni yolla alınacaq və buna hüquqi səviyyədə qiymət veriləcək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər