Söyüş ünsürləri bağışlana bilər? – Novruzova reaksiyalar
Baxılıb: 638 Tarix: 21-02-2019 14:10
Rüstəm İbrahimbəyovu ölkədən çıxaran, onu buradan qovan olmayıb. O, buradan özü getmişdi, sonra da çəkinirdi ki, birdən gələndə hansısa problemlə üzləşər. Buna görə də onun ölkəyə gəlişində problem görmürəm.
Bu sözləri Qanunvehedef.az-a millət vəkili Fazil Mustafa deputat həmkarı Siyavuş Novruzovun R.İbrahimbəyovun ölkəyə geri dönməsini misal çəkərək xaricdə yaşayan və Azərbaycana qarşı söyüş kampaniyası aparan şəxslərin də bağışlanmasının mümkünlüyü fikrinə münasibət bildirərkən deyib.
F.Mustafa bildirib ki, bu ölkəni tərk edən hər kəs öz vətəninə heç bir narahatlıq olmadan qayıda bilər - əlbəttə, əgər o şəxslər kriminal hadisə törətməyibsə və ya təhqir və böhtana yol verməyibsə:
“Hər insan yaşayış yerini dəyişə bilər, ancaq vətəni dəyişə bilməz. İnsan öz yurdundan incik gedəndə mütləq özü ilə bir kin aparır. Biz buna çalışmalıyıq ki, kimlərsə bu kini özü ilə daşımasın”.
F.Mustafa deyib ki, o da Siyavuş Novruzovla eyni mövqeyi bölüşür:
“Mən də o fikirdəyəm ki, vətənə dönmək istəyən insanların qarşısı alınmamalıdır. Əlbəttə, Rüstəm İbrahimbəyov məsələsi bir qədər fərqlidir. O buradan özü getmişdi, gələndə də çəkinirdi ki, birdən ona qarşı təzyiq olar. Halbuki Rüstəm İbrahimbəyovun qardaşının yubileyi keçirildi Bakıda, əsərləri, ev muzeyi yaradıldı. Azərbaycan mədəni dövlətdir və burada belə qeyri-sivil məsələlər asanlıqla baş verə bilməz!
Ancaq xüsusi tərbiyəsizlik etmiş insanlarla bağlı ciddi problemlər ola bilər. Burada müxalif fikirli insanlardan, müxalifətdən, tənqiddən söhbət getmir. Təhqir edən, söyüş söyən və bütün bunu heç kəsi nəzərə almadan, hər kəsi eyni qaydada özünün ədəbsiz sözlərinin hədəfinə çevirən şəxslərlə bağlı hansısa məsuliyyət ola bilər. Və bu, çox təbii haldır”.
Deputat Aqil Abbas isə bildirib ki, bağışlamaq Allaha məxsusdur:
“Mən deyə bilmərəm o insanların təhqirlərini kim keçər, kim keçməz. Ancaq hər halda təhqir və söyüş qəbuledilməzdir. İnsanın bir başqasına küçə söyüşləri ilə müraciəti dəhşətli bir şeydir. Bunu Allah bağışlaya bilər. Ancaq bu söyüşləri insanın rahat şəkildə bağışlaya biləcəyini deməkdə çətinlik çəkirəm”.
Xatırladaq ki, YAP İcra katibinin müavini Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun Bakıya gəlməsinin onun siyasi hakimiyyət tərəfindən bağışlanması mövzusunda Musavat.com-a geniş müsahibə verib. Deputat deyib ki, xaricdə oturub bu gün erməni lobbisinin, ayrı-ayrı dairələrin verdiyi maliyyə hesabına Azərbaycan xalqına, dövlətinə böhtan yağdıran, şər deyən, söyüş söyən, o cümlədən Azərbaycanın daxilində dövlətimizin nailiyyətlərinə sevinməyən, üstəlik, olan şeyləri öz adlarına çıxmaq istəyən, bunu keçirilən mitinqlərlə əlaqələndirənlər, dövlətinə qarşı düşmənçilik siyasəti aparan insanlar da üzr istəsə, tövbə etsə, bağışlana bilər.
Deputatın bu fikri birmənalı qarşılanmayıb. Bəziləri bütün əxlaq normalarını aşan və Azərbaycanın dəyərlərini ayaq altına alan şəxsləri bağışlamağın mümkünsüz olduğunu iddia ediblər.

Ən çox oxunanlar
Son xəbərlər