Xəbər lenti
Arxiv
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Putin ABŞ-ı “Siklon”la hədələdi: Vaşinqton arzusuna çatır

Baxılıb: 708     Tarix: 21-02-2019 16:20   
Rusiya və ABŞ münasibətləri səngimək əvəzinə daha da gərgiləşir.
Bu sözləri Qanunvehedef.az-a Rusiya Prezidenti Vladimir Putinin ötən gün Federal Şuraya və Dövlət Dumasına illik müraciəti ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekspert bildirib ki, Putinin məlum müraciəti ABŞ və NATO-nu hər an özündən çıxara bilər:
“Çox güman ki, NATO da yaxın günlərdə Rusiya ilə bağlı hədələyici və aşağılayıcı fikirlər səsləndiriləcək. ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxmasından sonra bu ideoloji müharibə artıq narahatlıq doğuracaq bir səviyyəyə çatıb. Hesab edirəm ki, Putinin açıqlamalarının davamı olacaq və nəticədə ABŞ-la münasibətlər daha da kəskinləşəcək. Artıq dünyanın taleyi iki böyük nüvə dövlətindən asılı vəziyyətdədir. Əgər belə davama edərsə, bu ideoloji müharibə real müharibəyə də çevrilə bilər”.
Ekspert hesab edir ki, ABŞ-ın əsas məqsədi Rusiyanı bu prosesə cəlb etməkdir:
“Rusiyanın buna çox davam gətirəcəyini düşünümürəm. Çünki Rusiyanın ABŞ-la baş-başa gəlməsi çox çətindir. Nəzərə almaq lazımdır ki, NATO-nun təkcə ABŞ-ı deyil, Böyük Britaniya, Almaniya və Fransası da var. Bu dövlətlər açıq şəkildə Rusiyanı iqtisadi cəhətdən zəiflətməklə bağlı kurs götürüblər. Hesab edirəm ki, Rusiya bu prosesi durdurmalı, iqtisadi və sosial sahələrə daha çox diqqət yetirməlidir, çünki daxildəki narazılığın qarşısını raketlərlə almaq mümkün olmayacaq”.
Politoloq Elxan Şahinoğlu Rusiyanın ağır iqtisadi və sosial vəziyyətinə rəğmən ABŞ-a meydan sulamaqda davam etdiyini bildirib:
“Putin hətta ölkəsinin ABŞ-a tuşlaya biləcəyi raketlərin adlarını çəkdi: “Avanqard”, “Peresvet”, “Xəncər”, “Poseydon” və “Siklon”. Putin sonuncu raketin üzərində xüsusilə dayandı. Nüvə başlığı daşıya bilən “Siklon” raketi 9 min kilometr məsafəyə qədər uçur. Putin bununla demək istəyir ki, Rusiyanın raketləri nəinki ABŞ-ın Avropadakı müttəfiqlərini, elə ABŞ-ın özünü hədəfə götürəcək. Heç soyuq müharibə illərində Kreml Vaşinqtona bu cür təhdidlər ünvanlamırdı. Zənnimcə, Putin artıq ABŞ-ın tələsinə düşür. ABŞ-ın da məqsədi odur ki, 19 milyon yoxsulu olan Rusiya öz maliyyəsini iqtisadiyyata deyil, bahalı raketlərə və hərbi layihələrə xərcləsin. SSRİ-ni də vaxtilə bu yolla dağıtdılar”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Federal Şuraya və Dövlət Dumasına illik müraciətində ABŞ-ın Avropada yerləşdirdiyi raketlərin bəzilərinin Moskvaya qədər uçuş müddətinin 10-12 dəqiqə çəkə biləcəyini deyib: “Bu çox ciddi təhdiddir. Belə olan halda biz adekvat addımlar atmağa məcbur olacağıq”.шаблоны для dle 11.2