Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Mişa İvanişvilinin partiyasını dağıdır – İstefa səbəbləri

Baxılıb: 0     Tarix: 25-02-2019 11:46   

Gürcüstanda aparıcı hakim partiya üzvlərinin Gürcü Arzusunu tərk etməsi prosesi 2018-ci ildən davam edir və təbii ki, bu da səbəbsiz deyil.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Gürcü Arzusu Partiyasındakı son istefaların müxtəlif səbəbləri var:
“Bunlardan birincisi son zamanlar partiya daxilində ziddiyyətlərin artması ilə bağlıdır. Belə ki, hakim partiya üzvlərinin bir qismi İvanişvilinin apardığı siyasi kursla ya razı deyillər və ya kursla bağlı başqa ideyaları var. Bu da partiya rəhbərliyi tərəfindən birmənalı qarşılanmır. İkincisi, son illər müxalifətin reytinqinin yüksəlməsi də partiyadaxili ziddiyətlərin artmasına səbəb olub. Belə ki, funksionerlər partiya rəhbərliyini Gürcüstanın daxili siyasətini kifayət qədər düzgün qiymətləndirməməkdə və öz fəaliyyətlərində müxtəlif səhvlərə yol verməkdə ittiham edirlər”.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, üç deputatın Gürcü Arzusu Partiyasını tərk etməsi faktiki qanunverici və idarəetmə strukturuna kənardan rəhbərlik edən oliqarx Bidzina İvanişviliyə ciddi zərbədir:
“Çünki Gürcü Arzusunu tərk etmək istəyənlərin sayı arta bilər. Partiyanı tərk edənlərdən biri Eka Beseliyadır ki, o, İvanişvili ilə Gürcü Arzusunu yaradanlardan biridir. Deputatların hakim partiyanı tərk etməsinin səbəbi partiyada Ali Məhkəməyə hakimlərin təyinatı ilə bağlı fikir ixtilafıdır. Ancaq bu aysberqin görünən tərəfidir. İvanişvilinin təkbaşına verdiyi qərarlar, o cümlədən Rusiya ilə yaxınlaşma çoxlarının ürəyincə deyil”.
Politoloq İvanişvili üçün ağır günlərin başladığını deyib:
“İstefalar partiyanı təcili toplanmağa vadar edib. İclasa sədrlik edən İvanişvili partiyasındakı yeni “satqınları” müəyyənləşdirməyə çalışır. Ən azı iki deputat - Mamuka Mdinaradze və Gelavan Popxadze də partiya sıralarından istefaya hazırlaşır. Beləliklə, İvanişvili partiyası üzərindəki nəzarəti itirir. Bu gedişlə İvanişvilini ciddi sınaq gözləyir. Çox güman ki, İvanişvilinin ehtiyat planı var. Bu mahir oliqarx prezident seçkisinin ikinci turunda qələbəni müxalifətin əlindən qoparıb Salome Zurabişvilini prezident kürsüsündə otuzdurub. Buna baxmayaraq, partiyasındakı istefalar, eks-prezident Mixail Saakaşvilinin Hollandiyadan fəallığını davam etdirməsi və yerli müxalifətin gücünü artırması 2020-ci il parlament seçkilərində İvanişviliyə istədiyi nəticəni əldə etməyə imkan verməyə bilər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar