Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Xocalıda 2 nəfər ölüb” rəsmi yalanını kim yaymışdı? – Sirr açıldı

Baxılıb: 566     Tarix: 26-02-2019 11:00   
1992-ci il fevralından 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli Xocalı qətliamı ilə bağlı rəsmi xəbər yəqin ki, həmin dövrü yaşayan hər kəsin xatirindədir.
Qanunvehedef.az xəbər verir ki, rəsmi məlumatda təkidlə Xocalıda hər hansı qırğın baş verdiyi təkzib edilir, cəmi iki nəfərin öldüyü bildirilir, “erməni quldurlarına müqavimət göstərildiyi” vurğulanırdı.
Ancaq yerlərdən gələn xəbərlər daha dəhşətli idi və ən qısa müddətdə bu biabırçı, öz xalqını aldatmağa yönələn yalan ifşa olundu.
Bəs, bu rəsmi yalanı kim yaymışdı?
Modern.az bununla bağlı maraqlı araşdırma aparıb. Qeyd edilir ki, “Xocalıda 2 nəfər qətlə yetirilib” xəbərinə görə bir çoxları o zamankı prezident Ayaz Mütəllibovu ittiham edir, məlumatın bu cür yayılmasında onun birbaşa iştirakını iddia edir. Bəs əslində bu xəbərin ilkin mənbəyi kim olmuşdu?
Həmin vaxt Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş daxili xidmət polkovniki, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Hikmət Xudiyev “Xocalıda cəmi 2 nəfər ölüb” xəbərinin necə yayılmasına belə aydınlıq gətirib:
“Xocalı soyqırımı ərəfəsində mən DİN-in mətbu orqanı olan "Mübariz keşikdə" qəzetinin nəşrinin dayandırılması ilə əlaqədar redaktor vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti rəisinin müavini postuna təyin olunmuşdum. Sözügedən qəzetin nəşrinin dayandırılmasının əleyhinə olduğumdan nazir Tofiq Kərimovun mətbuat işlərini həvalə etdiyi sabiq DTK əməkdaşı Əsildar Hüseynov tərəfindən sonuncu vəzifəmin də icrasından kənarlaşdırılmışdım.
Əsildar Hüseynov Xocalı hadisəsindən sonra gözlənilməyən bir mehribançılıqla məni xidməti otağına dəvət etdi. Mən həmin günü Ağdamdan qayıtmışdım. "Biz sizinlə işləyəcəyik" kimi aldadıcı manevrlər edərək mətləbə keçdi - mənə Xocalıda 2 nəfərin ölümü ilə bağlı məlumat hazırlamağımı, imzalamağımı və müvafiq qurumlara ötürülməsini tapşırdı. Mən Əsildar Hüseynova - sabiq DTK polkovnikinə - Ağdamdan gəldiyimi və ora Xocalıda həlak olan onlarla adamın meyitinin yük maşınlarında gətirildiyini, saysız-hesabsız olduğunu bildirdim. O təkidlə "hələ ki 2 nəfərin öldüyünü yazın" - dedi. Mən ona qətiyyətlə "bunu yazmayacağam" dedikdə, o rus dilində məni "uvolit" etməklə hədələdi, növbəti dəfə otağından qovdu. Sonra isə onun özü də bu müdhiş yalana imza atmadı və Xocalıda iki nəfərin ölümü haqqında xəbər səhv etmirəmsə, nazir Tofiq Kərimov tərəfindən imzalandı”.шаблоны для dle 11.2



Ən çox oxunanlar