Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Cavad Zərifi istefaya məcbur edən səbəblər – Şərh

Baxılıb: 600     Tarix: 26-02-2019 14:10   
Cavad Zərifin fəaliyyəti ilə bağlı son zamanlar çoxsaylı narazılıqlar gündəmə gəlirdi. Onun siyasətinin kifayət qədər yumşaq, həlim olduğu düşünülür və Qərblə qarşıdurmada daha sərt siyasət yürüdülməsinin vacibliyi vurğulanırdı.
Bu sözləri Qanunvehedef.az-a politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Zərifin istefasına bir neçə problem səbəb ola bilər:
“Birincisi, Cavad Zərifin Yaxın Şərq siyasəti ilə bağlı iddialar, ikincisi, Avropa ölkələri ilə danışıqlarda Zərifin kifayət qədər yumşaq siyasət yürütməsi. Bu gün İranın Suriyadakı proseslərdə iştirakı İran cəmiyyətində birmənalı qarşılanmır, eyni zamanda, İran elitası tərəfindən də müəyyən mənada tənqidlərə məruz qalır. Digər tərəfdən İran Qərbə qarşı bu gün yumşalma siyasəti yürüdür. Avropa ölkələri – Almaniya, Britaniya, Fransa İranla mübadilə aparmaq üçün SVIFT-in əvəzinə başqa bir mexanizm hazırlayıb. O məsələ ilə də bağlı İranın müəyyən dairələri narazılıqlarını bildirir və bunun İranın gözləntilərinə tam cavab verə biləcək mexanizm olmadığını düşünür. Ümumiyyətlə, İranda bəzi dairələr (parlamentdə oturan dairələr) Qərbdən uzaqlaşmağın lazım olduğunu vurğulayırlar. Buna görə də Zərifin yerinə bir az sərt mövqeli xarici işlər naziri təyin edilə bilər”.
Politoloq Zərifin Suriya rejiminin lideri Bəşər Əsədin Tehran səfərinin onun xəbəri olmadan gerçəkləşdiyinə görə istefa verməsi ilə bağlı iddialara da münasibət bildirib:
“Bu, mümkün variantdır. Digər tərəfdən son vaxtlar İranın İsraillə bağlı mövqeyində daha kəskin bir dövrə qədəm qoyması müşahidə edilir. Artıq İranın İsraillə hərbi, siyasi qarşıdurmaya daha çox hazır olması gündəmdədir. Bu yaxınlarda elə Cavad Zərifin özü də bununla bağlı bəyanat vermişdi. Həmin bəyanatdan belə bir məntiqi nəticə çıxırdı ki, İran artıq İsraillə bilavasitə müharibəyə, qarşı-qarşıya gəlməyə hazırdır. Ancaq bu məqamların nə dərəcədə Zərifin istefasının arxasında durduğunu, təfərrüatın nədən ibarət olduğunu hələ demək tezdir. İranın öz siyasi nümayəndələri də bu məsələ ilə bağlı hələ ki, susur. Yəqin ki, Cavad Zərifin özünün də istefasının səbəbləri ilə bağlı bəyanatları olacaq”.
Politoloq qeyd edib ki, İran hər zaman xarici siyasətində qapalı xətt üzrə hərəkət edir:
“Ona görə də bu məsələ ilə bağlı dəqiq rəy bildirmək düzgün deyil. Amma Cavad Zərifin gedişi ilə birlikdə İranın siyasətində müəyyən dəyişikliklərin olacağı şübhəsizdir”.
Qeyd edək ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dünən istefaya getdiyini açıqlayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar