Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Problemli kreditlərin həlli: büdcədən vəsait ayrılacaq

Baxılıb: 1 031     Tarix: 26-02-2019 14:30   
Prezident İlham Əliyevin dünənki müşavirədə nitqi tarixi bir çıxış idi və bu, Azərbaycan cəmiyyətinə bir daha nümayiş etdirdi ki, ölkənin iqtisadi inkişaf strategiyasının ana xəttini məhz əhalinin rifah halının yaxşılaşması təşkil edir.
Bu sözləri Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə problemli kreditlərə dair çıxışı haqda Qanunvehedef.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Millət vəkili vurğulayıb ki, dövlət başçısı çıxışında vətəndaşları narahat edən problemli kreditlər məsələsinə xüsusilə toxunub və məsələnin yaxın zamanlarda həllini tapacağını bildirib:
“Dövlət başçısı problemli kreditlər məsələsinin həlli ilə bağlı fikirlərini kifayət qədər açıq şəkildə ifadə edərək, bu yöndə konkret tədbirlərin görülməsinə dair xüsusi tapşırıq verdiyini açıqladı. Hazırda məsələnin həlli istiqamətində araşdırmalar gedir. Bu prosesdə bir çox strukturlar iştirak edir. Problemli kreditlər məsələsinin həlli təkcə banklar deyil, dövlətin vəsaitləri hesabına da həll olunacaq”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə problemli kreditlər məsələsinin həlli ilə bağlı göstəriş verdiyini bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar