Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Naxçıvan korpusuna ikicə gün bəsdir ki... - Tonoyana cavab

Baxılıb: 728     Tarix: 27-02-2019 12:07   

Ermənistan Müdafiə naziri Tonoyanın məhz 26 fevralda bu açıqlamanı verməsi psixoloji müharibənin göstəricisidir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Ermənistan müdafiə naziri Tonoyanın “müdafiədən hücum strategiyasına keçməsi” barədə açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, bu, düşmənin “Xocalını unutmayın” mesajıdır:
“Bu sərsəmləmələrin bir cavabı var, o da bu il Qarabağda antiterror əməliyyatının keçirilməsidir”.
Politoloq qeyd edib ki, Sədərəklə İrəvanın arası çox yaxındır:
“Naxçıvandakı korpusumuza iki gün bəsdir ki, İrəvanı azad etsin. Ona görə Tonoyan mediadan bəyanat verdiyi kimi, mən də burdan Tonoyana məsləhət verərdim ki, Azərbaycan ərazilərini vurmaqla hədələməsin, yoxsa paytaxtsız qalarlar”.
Politoloq vurğulayıb ki, Rusiya ilə İranın Azərbaycanın üstünə gəlməsi sirr deyil:
“Ermənistanı da əllərində silah kimi Azərbaycana qarşı istifadə edirlər. Azərbaycan inkişaf vektorunu Türkiyə, Qərbə tərəf seçdi. Bu da Rusiya və İranı bərk narahat edir. Ruhani, Lavrov, Zaxarova, Paşinyan, Tonoyanların Azərbaycana qarşı sayıqlamaları təsadüfi deyil. Azərbaycana hədə-qorxu gəlirlər. Ona görə Aprel müharibəsində Azərbaycan gərək daha irəliyə gedəydi. Heç olmasa bir-iki rayon azad edilənə qədər ermənilər çox sərsəmləyəcək. Bu sərsəmləmələrin bir cavabı var, o da bu il Qarabağda antiterror əməliyyatının keçirilməsidir. Yoxsa nəinki bu cür bəyanatlar, Azərbaycan daxilində sabotajlar, terror aktları, qarşıdurmalar da edə bilər. Rəsmi Bakı çox ayıq-sayıq olmalıdır. 2018-ci il yayında Mingəçevir və Gəncə sabotajlarını, 2009-cu il ADNA terrorunu unutmayaq. Ona oxşar ssenarilər Moskva tərəfindən Azərbaycana qarşı yenə tətbiq edilə bilər”.
Politoloq bildirib ki, Azərbaycan Türkiyə ilə hərbi ittifaq qurmalıdır:
“Naxçıvan MR və Abşeron yarımadasında Türkiyə hərbi bazaları yerləşdirilməlidir. Təhlükəsizliyimizin içdən təmin ediməsi, Rusiya və İranla sərhədlərimizin qorunması üçün türk zabit və əsgər heyəti dəvət edilməlidir. Bütün bunlar 2019-cu ildə həll edilməlidir ki, yayda Qarabağda antiterror əməliyyatına başlayaq”.
Qeyd edək ki, Ermənistan Müdafiə naziri David Tonoyan Qarabağda savaş yaranacağı təqdirdə Azərbaycana hücuma keçə biləcəklərini bəyan edib. Bundan sonra isə o, ölkənin şimal-şərq sərhədində yerləşən hərbi bazalara gəlib.
шаблоны для dle 11.2



Ən çox oxunanlar