Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Təbrizlilərin Zərifə Qarabağ müraciəti: Nikola etiraz

Baxılıb: 700     Tarix: 04-03-2019 16:20   

Təbrizin 60-a yaxın tanınmış ziyalısı Tehranda “Ararat” klubunun iclasını qınayaraq, İran xarici işlər nazirinə açıq məktub ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, Təbrizin bir qrup mədəniyyət, incəsənət və KİV nümayəndəsinin imzaladığı məktubda İranın Qarabağla bağlı siyasəti, Ali dini rəhbərin iştirakı ilə keçirilən görüşdə baş verən hadisələr və Paşinyanın erməni icması ilə görüşünə toxunulub və sonuncu olay qınanılıb.
Bəyanatı imzalayanlar Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğu və həmin ərazilərin Ermənistan tərəfindən işğal edildiyini vurğulayıb:
“Ararat” klubunda erməni baş nazirinin iştirakı ilə keçirilən mitinq İran hökumətinin açıqladığı mövqeyə və xüsusilə də Ali rəhbərin əmrləri ilə qəti şəkildə ziddiyyət təşkil edir. Buna görə biz, Təbrizin mədəniyyət, sənət və media fəalları bu hərəkəti qəti şəkildə qınayırıq. Və bir daha Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi kimi tez bir zamanda Azərbaycan Respublikasına qaytarılacağına ümid edirik”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar