10 min heyət, 500 tank, zirehli texnika: "Sonuncu variant budur" - İrəvan təzyiq altında
Baxılıb: 605 Tarix: 10-03-2019 11:00

Bunu teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, İrəvanın danışıqlardan yayınmaq cəhdləri Azərbaycanın hərbi müstəvidə fəallaşmasına gətirir, bu da cəbhədə lokal döyüşlərin başlamasına zəmin yarada bilər:
"Göründüyü kimi, Paşinyan danışıqlar prosesində irəliləyişin olması üçün siyasi iradə göstərə bilmir. Amma Paşinyan da başa düşür ki, Qarabağ münaqişəsi həll olunmadan daxildə sosial-iqtisadi inkişafa təkan verəcək islahatları həyata keçirə bilməyəck.
Hesab edirəm ki, hərbi fəallaşmaya adekvat olaraq, diplomatik hücumları da gücləndirmək lazımdır. Artıq Ermənistan rəhbərliyi ilə danışıqlara təzyiq altında getməlidir. İrəvandan verilən son açıqlamalardan görünür ki, Azərbaycanın son variantı yalnız hərbi təzyiq ssenarisini işə salmaqdır".
Ən çox oxunanlar
Son xəbərlər