Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bakı hesab edir ki, həmsədrlərin son bəyanatı... - PA rəsmisi

Baxılıb: 598     Tarix: 14-03-2019 13:50   

ATƏT həmsədrlərinin bəyanatındakı fikirlərin bir qismi Azərbaycan hökumətinin mövqeyini əks etdirir. Biz hesab edirik, bu bəyanat Ermənistana ünvanlanıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Prezident Adminstrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bəyanatda bir daha aydın şəkildə qeyd edilir ki, danışıqlar prosesinə hər hansı şərtin qoyulması və ya danışıqların formatının dəyişdirilməsi kimi cəhdlər qəbuledilməzdir:
“Danışıqlar olduğu formatda davam etdirilməlidir. Bu prosesin davam etdiyi vaxtda nəticələr barədə hər hansı aqressiv ritorika əsasında fikirlərin səsləndirilməsi qəbuledilməzdir. Bəyanatda münaqişənin mərhələli həlli ilə bağlı prinsiplərə diqqət ayrılıb. Bir daha qeyd edilib ki, Dağlıq Qarabağ və ətraf əraziləri işğaldan azad edilməli, məcburi köçkünlər öz evlərinə qayıtmalı, təhlükəsizlik təmin edilməlidir. Bunların da əsasını Helsinki yekun aktı təşkil edir. Həmin aktda xalqların öz müqəddəratını təyin etmək və ölkələrin ərazi bütövlüyü məsələlərinin hansı əsasda həyata keçirilməsi aydın şəkildə əks olunub. Xalqların öz müqəddətarını həll etmək hüququ heç bir halda ölkələrin ərazi bütövlüyünə xələl gətirməməlidir. Qarabağın statusuna gəldikdə, Azərbaycan tərəfi ərazi bütövlüyü çərçivəsində hər zaman bu məsələni həll etməyə hazırdır. Bu da Helsinki yekun aktının prinsiplərinə istinad olunmalıdır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar