Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Prezident mühüm dəyişikliklər etdi – Millət vəkili

Baxılıb: 524     Tarix: 11-04-2019 12:06   

Son bir il müddətində Azərbaycanın xarici siyasətini qiymətləndirsək, ölkəmizin mürəkkəb mərhələdən çox uğurla keçdiyinin şahidi ola bilərik.
Bu sözləri İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsinin ildönümü ilə bağlı danışan millət vəkili Hikmət Babaoğlu deyib. Deputat Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatları, hökumətin daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini müsbət qiymətləndirib:
ƏTRAFLINar.az“Bu bir il regionda, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində çox mühüm siyasi məqamlarla yadda qaldı. Prezident Azərbaycanın prinsipial mövqeyini ortaya qoyaraq düşmənin danışıqlar formatının dəyişdirilməsi yönündə etdiyi bütün cəhdləri iflasa uğratdı. Məhz Azərbaycan Prezidentinin sərt hücum diplomatiyası sayəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı mövqe ortaya qoydu. Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xarici siyasəti və uğurlu diplomatik səyləri nəticəsində Ermənistanın baş naziri Nikol Paşinyan manipulyasiyalarına son qoymaq mümkün oldu. Təbii ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ordu quruculuğu ilə bağlı atılan mühüm addımlar, həyata keçirilən işlər də bu prosesdə əvəzsiz rol oynadı. Bu mənada əldə edilən bütün siyasi, hərbi nailiyyətlər Azərbaycan diplomatiyasının təkcə 1 ildə əldə etdiyi uğurlardır. Bu isə o deməkdir ki, ölkəmiz artıq beynəlxalq xarici siyasətdə ən əsas aktorlardan birinə çevrilir”.
Deputat əhalinin sosial problemlərinin həll olunması yönündə aparılan islahatların inqilabi effektini də xüsusilə vurğulayıb:
“Xüsusən də 2018-ci ilin II yarısında əhalinin sosial problemlərinin həlli istiqamətində ard-arda verilən qərarlar, şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlərin, minimum əməkhaqqı və pensiyaların artırılması ölkədə aparılan uğurlu sosial siyasətin nəticəsi idi. Son bir il ərzində minimum pensiya məbləği və əməkhaqqının 40 faizə yaxın, sosial müavinətlər və təqaüdlərin isə 100 faiz artırılması dünya tarixində görünməmiş islahatlar idi. Bu mənada problemli kreditlərlə bağlı yaranmış problemlərin kökündən həlli, “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın zamanı sahibkarlara dəymiş ziyanın ödənilməsi isə Azərbaycanda həyata keçirilən sosial islahatların pik nöqtəsidir. Bütün bunlar Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə daha da yaxınlaşdırır. Əhalinin sosial problemlərinin həll olunması və maddi rifah halının yaxşılaşması xalq-iqtidar birliyi üçün də çox vacibdir. Bu bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində birbaşa vətəndaşların mənafeyi dayanır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar