Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tiflisin Bakı ilə bağlı açıqlaması: İrəvan təşvişdə.

Baxılıb: 671     Tarix: 13-06-2019 15:50   

Ümid edirik ki, Gürcüstan Türkiyə və Azərbaycanın ortaq təlimlərində iştirak etməyəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu “SputnikErmənistan”a açıqlamasında hərbi ekspert Taron Ovannisyan deyib.
“Gürcüstan əvvəllər də Türkiyə və Azərbaycanın təlimlərində iştirak edib. Bu təlimlər xüsusi təyinatlı qüvvələr üçün olub, amma energetika infrastrukturunun təhlükəsizliyinin təmininə hədəflənən təlimlər də keçirilib. Bu, məntiqlidir, çünki Azərbaycandan Türkiyəyə gedən neft kəmərləri Gürcüstandan keçir. İndiki məqamda Gürcüstanın hansı təlimdə iştirak edəcəyini və burada hansı ssenarinin əsas götürüləcəyini müəyyən etmək çətindir. Yəqin ki, söhbət daha böyük təlimdən gedir. Ümid edirəm ki, Gürcüstan gələcəkdə Ermənistanın maraqlarına xidmət etməyən Türkiyə-Azərbaycan təlimlərində iştirak etməyəcək”, - o bildirib.
Qeyd edək ki, bundan öncə Gürcüstan Müdafiə naziri Levon İzoriya gürcü ordusunun Azərbaycan və Türkiyənin ortaq təlimlərində iştirak edəcəyini açıqlamışdı.




Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar