Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Tiflisdə nə baş verir: kimlər qurban gedəcək? - Vasadze

Baxılıb: 435     Tarix: 21-06-2019 11:45   
Qavrilovla bağlı baş verən son hadisələrdən sonra İrakli Kobaxidzenin istefası mümkündür.
Bu sözləri Qanunvehedef.az-a gürcü politoloq Gela Vasadze Gürcüstanda baş verən son parlament insidentini şərh edərkən deyib. Politoloq baş verənlərin müəyyən mənada provokasiya xarakteri daşıdığını deyib:
“Son baş verənlərin (Rusiyalı deputat Sergey Qavrilovun parlamentin spikerinin yerində oturması – red.) təşkilatçıların səhvi, yoxsa provokasiya olduğunu dəqiq bilmirəm. Bir tərəfdən də Qavrilovun Gürcüstana gətirilməsinin özü elə provokasiyadır. Başa düşürəm ki, parlamentlərarası əlaqə qrupu-filan var, amma burada 1992-1993-cü illərdə Abxaziyada hərbi əməliyyatlarda iştirak edən adamdan söhbət gedir. Bunun özü provokasiya idi. Belə bir adamın parlamentdə spikerin yerini tutması artıq insanların, o cümlədən deputatların səbrini daşırdan son damla oldu”.
Hakim partiyanın deputatlarının parlamentdə yaranan skandalla bağlı daha aktiv etiraz mövqeyi tutmasını şərh edən ekspert Gürcü Arzusu Partiyasının cəmiyyətin böyük hissəsində narazılığın kifayət qədər güclü olduğunu gözəl anladığını və ona görə də bundan yaxasını qurtarmağa çalışdığını bildirib:
“Onlar sadəcə çalışırlar ki, əhali bunu onların etdiyini düşünməsin. Məsələ ondadır ki, hakim partiya və hökumət hər bir halda baş verənlərə görə məsuliyyət daşıyır. Bu gün Gürcüstan spikerinin kreslosunda Gürcüstanın ərazi bütövlüyünü tanımayan Rusiya Dumasının deputatının əyləşməsinə görə məsuliyyət ayrıca deputatlar yox, bütün hakim partiyanın üzərinə düşür”.
“Bu skandal hazırda Bakıda səfərdə olan Kobaxidzenin qurban verilməsiylə nəticələnəcəkmi” sualına isə Vasadze deyib:шаблоны для dle 11.2



Ən çox oxunanlar