Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Sadiq və peşəkar general: niyə və hara getdi? - Video

Baxılıb: 451     Tarix: 21-06-2019 13:21   
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər naziri vəzifəsindən azad edilən və Təhlükəsizlik Şurasının katibi təyin edilən general-polkovnik Ramil Usubov gündəmin baş mövzusudur.
Usubov niyə nazir vəzifəsindən alındı?
Əslində, Ramil Usubovun “Niyə Daxili İşlər naziri vəzifəsindən azad edildi” sualından daha çox, “Necə oldu ki, 25 il 1 ay 22 gün eyni nazirliyə rəhbərlik etdi” sualı daha aktualdır. Bir insanın bir nazirliyə əsrin 4/1-dən də çox rəhbərlik etməsi sıradan bir məsələ deyil və müzakirə olunmalı da elə budur.
Bu suala cavab isə Ramil Usubovun nazir təyin edildiyi günə nəzər salmaqdan başlayır; həmin dövrdəki ictimai-siyasi, kriminal şəraitə diqqət çəkmək lazım gəlir.
1994-cü ilin apreli Azərbaycanda siyasi-kriminagen durumun kifayət qədər gərgin, çətin, narahat olduğu dövrdür: kriminal avtoritetlər ölkəni nüfuz dairələrinə bölmüşdülər; uşaq oğurluğuna görə pul tələb etmə, reketlik, yeni-yeni yaranmağa başlayan sahibkarları aylıq haqqa məcbur edən “obşak”lar, başı ilə deyil, əlinə silah düşən, qolunda güc hiss edənlərin başına 5-10 adam yığıb, qoçuluq etməsi və bu şəxslərin az qala həmin ərazidə polisdən-prokurordan “daha mötəbər” şəxs sayılması, “razborkalar”, pul atmalar, aldatmalar, polisin acizliyi səbəbindən insanların bu “qoçu”lara pənah aparması...
İndi həmin dövrü təsəvvür etmək heç cür mümkün deyil. Müasir gəncə necə izah edə bilərsən ki, həmin illərdə Bakı küçələrinə 7-8-dən sonra çıxmaq mümkün deyildi, çünki potensial qurban idin - mütləq soyulma, döyülmə, hətta qanına qəltan edilməyini göz altına almalı idin.
Məhz bu məqamda – 1994-cü ilin aprelin 29-da Prezident Heydər Əliyev DİN-in Dağlıq Qarabağ İdarəsinin rəis müavinliyindən tutmuş Naxçıvan MR-in müxtəlif vaxtlarda iki dəfə daxili işlər naziri olmuş 45 yaşlı Ramil Usubovu Azərbaycanın Daxili İşlər naziri vəzifəsinə təyin etdi.
Onun təyinatında olduqca mühüm və diqqətçəkici bir məqam vardı. Prezident Heydər Əliyev Ramil Usubovu təqdim edərkən demişdi: “Ramil Usubova mən tam inanıram, prezident kimi ona etimad göstərirəm və sizin hamınızdan tələb edirəm ki, ona bu vəzifədə işləməsinə kömək edəsiniz!”шаблоны для dle 11.2



Ən çox oxunanlar