Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Fuad həbs edilməli idi, yaxşı qurtardı - Kuznetsov

Baxılıb: 544     Tarix: 24-06-2019 14:04   

Azərbaycanlı jurnalist Fuad Abbasov bütün bunlara şüurlu şəkildə getdi. O öz fəaliyyətində bu mövqeyə sadiq qaldı – Rusiyadakı Azərbaycan diasporunun rəhbərliyi Azərbaycandan həyata keçirilməlidir. Bu isə mümkün deyil. Çünki Azərbaycan milliyətli Rusiya vətəndaşları (sayları 600 mindir) Rusiya Federasiyasının qanunları ilə yaşayır. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına əsasən, mədəni, milli və digər maraqları qarşılamaq üçün Milli-Mədəni Muxtariyyət İnstitutu yaradılıb. Bu barədə qanun 1996-cı ildə qəbul edilib. Sözügedən institut artıq 23 ildir fəaliyyət göstərir.
Rusiyalı hüquqşünas, tarixçi-qafqazşünas Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, Rusiyada azərbaycanlıların milli-mədəni muxtariyyət institutu 1999-cu ildə yaradılıb.
“Sizə bir sirr açım, həmin vaxt mən Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Mərkəzi aparatında vəzifədə idim və müxtəlif xalqların bu cür muxtariyyətlərinin, o cümlədən Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin yaradılması ilə məşğul idim. O dövrdə iki namizəd arasında seçim etmək məcburiyyətində qaldıq. Bu ya Oleq Mamedov, ya da Söyün Sadıqov olmalı idi. Yekun nəticədə Sadıqov prezident oldu. Çünki ona dövlət sifarişləri verilirdi və o da bunların öhdəsindən yaxşı gəlirdi. Sadıqov belə fəaliyyətləri 2008-ci ilə qədər icra etdi. Daha sonra, necə deyərlər, “səfeh”liyə başladı və təşkilat isə boşluğa düşdü. O, sadəcə Moskva hökuməti qarşısında özünün öhdəliklərini yerinə yetirmədi. Lujkovun istefasından və Sobyaninin yeni Moskva meri seçilməsindən sonra institut tamamilə məhv oldu. Burada hələ tikintisi vaxtında başa çatmamış məktəblə bağlı müqavilə də vardı. Məhkəmə prosesləri aparıldı, sanksiyalar tətbiq edildi və bundan sonra Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti maliyyəsiz qaldı”, - ekspert bildirib.
Onun sözlərinə görə, bundan sonra təşkilatı Abbas Abbasov öhdəsinə götürüb və bu da Bakının ciddi narazılığına səbəb olub.
“Hazırda sözügedən struktur (AzərRos) Rusiya Federasiyası qanunvericiliyinə tamamilə uyğun şəkildə fəaliyyət göstərir. Rusiya Prezident Administrasiyası və Daxili Siyasət Baş İdarəsi tərəfindən idarə edilir. Bu institutu Bakının nəzarətinə cəlb etməklə bağlı bütün cəhdlər dəfələrlə uğursuzluğu düçar oldu. Açığı desəm, bu cəhdlər Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən sərt şəkildə boğulmağa davam edəcəkdir. Çünki bu, Rusiyanın dövlət siyasətidir. Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən, onun vətəndaşlarından təşkil olunmuş heç bir diaspor heç zaman xarici dövlətin rəhbərliyinə tabe ola bilməz”, - hüquqşünas bildirib.
Fuad Abbasov öz fəaliyyəti ilə Rusiya qanunvericiliyinin hansı normalarını pozub?
“Fuad Abbasov Rusiya ərazisindəki demək olar ki, bütün Azərbaycan diasporlarının rəhbərlərinin yenidən seçilməli olduğunu açıqlayanda bunu etdi. Bu artıq əcnəbinin (F.Abbasov Azərbaycan vətəndaşıdır – red.) Rusiyanın ictimai təşkilatının daxili işlərinə müdaxiləsidir. Buna görə də təşkilatı tənqid etmək, yeni namizədlər irəli sürməklə bağlı bütün cəhdlər hüquqi əsasa malik deyil. Bu, əcnəbinin Rusiya Federasiyasının daxili işlərinə qarışmasından başqa bir şey deyil. Belə olan halda Fuad Abbasovun qanunsuz fəaliyyətinin qarşısını almaq üçün etnik azərbaycanlılar – Rusiya vətəndaşlarından təşkil olunmuş bir neçə ictimai təşkilatın Ədliyyə Nazirliyi, polis və FTX-yə müraciət etməsi qanunvericiliklə tənzimlənir”, - Kuznetsov qeyd edib.
Ekspert əmindir ki, Abbasovla münasibətdə çox yumşaq variant seçilib:
“Ona Rusiya Federasiyasının ərazisini tərk etməyə imkan verdilər və eyni zamanda ölkəyə girişi qadağan edildi. Buna baxmayaraq, ölkəyə girişi qadağan edilən Abbasov Belarus ərazisindən Rusiyaya daxil oldu. Bura Rusiya sərhədinin güclü mühafizə olunmayan yeganə məntəqəsidir. Nəticədə o, qanunsuz şəkildə Rusiya Federasiyası ərazisinə daxil oldu. Buna görə Abbasov 5 il həbs edilə bilər. Buna baxmayaraq, ona qarşı hələ də iş qaldırılmayıb. Abbasovun deportasiyası ən mübahisəsiz ssenaridir. Onu maksimum müvəqqəti saxlama mərkəzində saxladıqdan sonra deportasiya edəcəklər. Bu şəxs siyasi xallar qazanmağa qərar verdi. Bundan sonra o özünə Azərbaycanda yüzlərlə tərəfdar tapacaq. Əgər o bu cür fəaliyyətini davam etdirsə, Rusiya ərazisinə girişi ömürlük qadağan edilə bilər”, - ekspert qeyd edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar