İrəvan BMT-nin bu qurumuna seçilə bilməz – Şərh
Baxılıb: 534 Tarix: 01-07-2019 12:29
Qanlı etnik təmizləmə törədən, bir milyondan artıq azərbaycanlının fundamental hüquq və azadlıqlarını kobud şəkildə pozan və “inqilabi diktatura” rejimi quran bir ölkənin BMT İnsan Haqları Şurasına seçilməsi qəbuledilməzdir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Ermənistanın dövlət olaraq BMT-nin İnsan Haqları Şurasına seçilməyə çalışmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistan hökuməti təkcə Azərbaycan xalqının deyil, həmçinin apardığı qeyri-demokratik siyasətlə öz xalqının da hüquqlarını kobud şəkildə dəfələrlə pozub:
“Ermənistan kimi işğalçı, xalqların tarixini və mədəniyyətini oğurlayıb öz adına çıxan, bütün tarixi yalan və uydurmadan ibarət olan toplumdan hər şey gözləmək olar. Bu baxımdan İrəvanın insan hüququndan danışmağa heç bir haqqı yoxdur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyon azərbaycanlı öz torpaqlarından didərgin düşüb və haqları kobud şəkildə pozulub. İnsanın ən təbii haqqı öz torpağında yaşamasıdır. Bu haqqı tapdalayan bir toplum hansı haqla insan hüququndan danışa bilər? Ermənistanın Azərbaycana qarşı etdiyi soyqırım faktları göstərir ki, bu işğalçı ölkə heç bir haqla insan hüquqlarından danışa bilməz. Buna görə də düşünürəm ki, İrəvan tərəfinin BMT-yə insan hüquqları ilə bağlı sənəd təqdim etməsi öz xarici imicini beynəlxalq aləmdə dəyişməyə çalışmaqdan başqa bir şey deyil. Lakin Ermənistan nə qədər ki işğalçı siyasətin davam etdirir, imicini heç vaxt dəyişə bilməyəcək. Ermənistan hər zaman işğalçı və qondarma dövlət olaraq tanınacaq”.
Ən çox oxunanlar
Son xəbərlər