Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Şeyx "halallıq" verdi - Qalmaqallı qanun layihəsi bu il qəbul oluna bilər

Baxılıb: 869     Tarix: 30-08-2019 13:41   

Milli Məclisin 2019-cu il payız sessiyasında illərdir müzakirəsi gedən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bu barədə Oxu.Az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.
Onun sözlərinə görə, sənəd tam hazırdır və müzakirəyə təqdim ediləcək. Deputat onu da əlavə edib ki, qanun layihəsinin qəbul edilməsi ilə bağlı problemli heç bir məqam qalmayıb.
Qeyd edək ki, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə mübahisələrə səbəb olub.
Xüsusilə sənəddə yer alan surroqat ana və sperma bankı məsələsinə cəmiyyət sərt reaksiya verib.
Həmin vaxt qanun layihəsinin qəbuluna Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mane olub. İdarənin təklif və iradları nəzərə alınaraq bu məsələlər layihədən çıxarılıb.
Eyni zamanda QMİ-nin təklifləri götür-qoy edildikdən sonra bütün müsəlman ölkələrinin təcrübəsi öyrənilib. Hazırda QMİ qanun layihəsinin qəbuluna heç bir etiraz etmir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar