Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan Turizm Bürosu hər ay fotomüsabiqə keçirəcək

Baxılıb: 724     Tarix: 01-09-2019 11:50   

Azərbaycan Turizm Bürosu cari ilin sentyabr ayından etibarən fotomüsabiqələrə start verir. Dövlət Turizm Agentliyindən “Report”a verilən məlumata görə, 2020-ci ilin avqustunadək hər ay keçiriləcək müsabiqələr müxtəlif mövzuları əhatə edəcək.
“VarYox” mədəniyyət və incəsənət təşkilatının dəstəyi ilə həyata keçirilən müsabiqəyə yalnız Azərbaycanda çəkilən və məzmun cəhətdən ölkəmizin turizm imkanlarını özündə əks etdirən fotolar qəbul olunacaq.
Belə ki, yaşı 18-dən yuxarı olan şəxslər https://photocontest.tourismboard.az/ saytından ödənişsiz qeydiyyatdan keçərək ölkəmizin insanını, təbiətini, mədəniyyətini, tarix və ənənələrini əks etdirən maksimum 3 foto ilə müsabiqəyə qoşula biləcəklər.
İştirakçılar fotolarına səs verilməsi üçün müvafiq keçidi sosial şəbəkə hesablarında paylaşa bilərlər.
Sonda münsiflər heyəti tərəfindən ən çox səs toplamış 10 foto arasından 5-i seçiləcək və yer sahibləri müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Seçilmiş fotolar Azərbaycanın İnstaqram sosial şəbəkəsindəki rəsmi turizm səhifəsi – “Experience Azerbaijan”-da paylaşılacaq.
Fotomüsabiqə barədə daha ətraflı məlumatı https://photocontest.tourismboard.az/ saytından əldə etmək mümkündür.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar