Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

AŞPA prezidenti Şəhidlər Xiyabanını ziyarət edib

Baxılıb: 697     Tarix: 11-09-2019 13:01   

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mauri Paskie (Liliane Maury Pasquier) Şəhidlər Xiyabanını ziyarət edib.
APA-nın xəbərinə görə, AŞPA prezidenti Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb.
Qeyd edək ki, AŞPA prezidenti Lilian Mauri Paskie (Liliane Maury Pasquier) bu gün Azərbaycana rəsmi səfərə gəlib. Səfər proqramında onun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
O, həmçinin, parlamentin Ailə, qadın, uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə fikir mübadiləsi aparacaq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşəcək.
Sentyabrın 11-də AŞPA prezidenti Bakıda Avropa Şurasının 70 illiyinə həsr olunmuş “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” adlı yüksək səviyyəli konfransa qatılacaq.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar