Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Büdcə sistemi haqqında” Qanuna dəyişiklik ediləcək

Baxılıb: 845     Tarix: 17-10-2019 10:26   

Növbəti və sonrakı üç il üçün hazırlanmış sosial-iqtisadi və makroiqtisadi proqnozlara görə, 2020-ci ildə ölkədə 4,6% inflyasiya səviyyəsi nəzərdə tutulub.
“APA-Economics”in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə çıxışı zamanı bildirib.
O, vurğulayıb ki, proqnoz nəzərə alınmaqla icmal büdcənin yuxarı həddinə yenidən baxmaq və müəyyən hədəfləri bəlirləmək mümkün olub.
Bundan əlavə, nazir qeyd edib ki, gələn il üzrə nəzərdə tutulmuş inflyasiyanın büdcə qaydasında nəzərə alınması üçün Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununda müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}