Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Qoşulmama Hərəkatı"na sədrlik Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha sübut edir - Deputat

Baxılıb: 794     Tarix: 28-10-2019 11:04   

Xəbər verdiyimiz kimi, Bakıda "Qoşulmama Hərəkatı"na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi.
Bununla bağlı danışan deputat Naqif Həmzəyev bildirib ki, Qoşulmama Hərəkatının miqyası, siyasi və iqtisadi potensialı, dünya siyasətinə təsir imkanlarını nəzərə alsaq bu Zirvə Görüşünün ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür: 
"Müstəqil Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etdi və bu da ölkəmizin tarixində ən iri beynəlxalq siyasi tədbirlərdən biridir. Avropa qitəsi 1989-cu ildə keçirilmiş Belqrad Zirvə Görüşündən 30 il sonra Azərbaycanın timsalında BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarını yenidən qəbul etdi. Bu məqam da sözsüz ki, dünya politoloqların və ekspertlərin diqqətini cəlb etməyə bilməz.Yer kürəsi əhalisinin təqribən 55 faizinin Qoşulmama Hərəkatı ölkələrində yaşadığını, dünyada neft ehtiyatlarının 75 faizindən və qaz ehtiyatlarının 50 faizindən çoxunun bu dövlətlərin ərazisində yerləşdiyini nəzərə alsaq, Bakıda belə bir Zirvə Görüşünün keçirilməsi ölkəmizə effektli platforma imkanları, mühüm dividentlər gətirəcəyi də proqnozlaşdırılır".
Deputat qeyd edib ki, ölkəmizin dünyanın yarıdan çoxunun təmsil olunacağı beynəlxalq tədbirə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycan apardığı xarici siyasətin Qoşulmama Hərəkatının prinsipləri ilə uyğunluğunun, artan beynəlxalq nüfuzunun daha bir sübutudur:
"Ən əsası isə Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə Görüşü dünyanın diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək üçün daha bir imkandır. Bu münaqişənin həllinə ölkəmizin ərazisinin 20 faizini işğal etmiş Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyada mövcud olan ikili standartlar, təcavüzkara təsir göstərmək, onu sivil normalar çərçivəsində davranmağa məcbur etmək üçün hüquqi mexanizmlərin olmaması və ya qeyri-mükəmməlliyi mane olur".
Deputat vurğulayıb ki, 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi Azərbaycan diqqəti təkcə öz probleminə cəlb etməyəcək, beynəlxalq münasibətlər sistemində Hərəkatın rolunun və nüfuzunun daha da artırılması, beynəlxalq səviyyədə onun baza prinsiplərinin inkişaf etdirilməsinə də xidmət edəcək: 
"Əlbəttə ki, Qoşulmama Hərəkatının iştirakçısı olan bütün ölkələr daha yaxşı, firavan dünyada yaşamaq istəyirlər. Bunun üçün iştirakçı ölkələr birləşərək planetimizi daimi sürətlə silahlanma, sərt qarşıdurma və özbaşına sanksiyalar arenasına çevirmək cəhdlərinə qarşı yönəldə bilərlər. Qoşulmama Hərəkatının keçən ilin aprelində Bakıda keçirilmiş "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda nazirlər konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi "Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də müəyyən dərəcədə oxşardır. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diqtə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik. İnanırıq ki, XVIII Zirvə Görüşü, həm də Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının tarixində xüsusi yer tutacaq. 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək Azərbaycan üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələcək".
Aysel Yusifqızıшаблоны для dle 11.2