Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Sabah yağış yağacaq

Baxılıb: 536     Tarix: 27-09-2021 14:14   

Azərbaycanda sentyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz: Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar