Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Umayra Tağıyevadan hava ilə bağlı - Açıqlama

Baxılıb: 361     Tarix: 29-09-2021 12:25   

Son günlər ölkəmizdə tutqun, yağmurlu payız günləri müşahidə edilir. Yayın davamlı quraqlığından sonra yağan yağış həm də çaylarımızı qidalandırır.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, Kürün yuxarı axınından, Qıraqkəsəmən məntəqəsindən keçən suyun həcmi ongünlük normadan 21 faiz çox olub, aşağı axınında, Kür-Şirvan məntəqəsində suyun səviyyəsi isə 10 sm artıb. Daha bol yağışlar ölkənin şimal və şərqində qeydə alınıb:
“Belə hava şəraiti havanın keyfiyyətinin yaxşılaşmasına, təmizlənməsinə, oksigenlə zənginləşməsinə səbəb olur. Bu gün səhər saat 10:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Lənkəranda 56 (aylıq normanın 33 faizi), Astarada 23, Şabran, Lerikdə 14, Yardımlıda 13, Göytəpədə 10, Quba, Biləsuvarda 9 (aylıq normanın 52 faizi), Qusarda 7, Neftçalada 6, Xaltanda 5, Ağdamda 5, Balakən, Naftalan, Beyləqanda 3, Qobustan, Sarıbaş (Qax), İmişli, Mingəçevirdə 2, Altıağac, Zaqatala, Bərdə, Yevlaxda 1 mm-dək olub".
Xidmət rəsmisi qeyd edib ki, Abşeron yarımadasında isə sutka ərzində yağışın həcmi iki aylıq norma miqdarında olub: "Məsələn, Maştağada 50 (aylıq normanın 222 faizi), Bakıda 26 (aylıq normanın 151 faizi), Sumqayıtda 13 mm (aylıq normanın 72 faizi) qeydə alınıb. Burada maraqlı tendensiya izlənilir. Son onilliklərdə Bakı şəhərində güclü yağışlı günlərin sayı artıb. 2016-cı il sentyabrın 28-i gün ərzində və 29-da Bakıda bu ay üçün güclü yağış yağıb, düşən yağıntının miqdarı 47 mm təşkil edib ki, bu da aylıq normadan 3 dəfə çoxdur. 2018-ci il sentyabrın 23-də cəmi 4 saat ərzində Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv yağış yağıb. Düşən yağıntının miqdarı 34 mm olub ki, bu da iqlim normasının 198 faizini təşkil edib. Dəyişən iqlimin təzahürləri gündəlik həyatımızda artıq daha çox hiss edilir”.
U.Tağıyeva ölkə ərazisində qeyri-sabit, fasilələrlə yağmurlu hava şəraitinin oktyabrın 1-dək davam edəcəyini bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar