Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakı sakinlərinin nəzərinə: Noyabrın 1-dən...

Baxılıb: 585     Tarix: 05-10-2021 10:11   

Bakıda mərkəzi istilik sistemlərinin yoxlanılmasına başlanılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Trend-ə "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev açıqlama verib. Onun sözlərinə görə, rayonlar üzrə müxtəlif vaxtlarda sistemlərə soyuq su veriləcək.
"Bununla bağlı ərazilər üzrə vətəndaşlar məlumatlandırılıb. Bu müddət ərzində sakinlərə istilik sistemlərində təmir işlərini dayandırmaları bildirilib".
R.Əliyev onu da bildirib ki, respublikanın dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-dən, Bakıda və digər ərazilərdə isə noyabrın 15-dən başlayacaq.
Qeyd edək ki, hazırda "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}