Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yağıntılar nə qədər davam edəcək?

Baxılıb: 414     Tarix: 06-10-2021 14:16   

Bir neçə gündür ölkə ərazisində qeyri-sabit yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar bəzi ərazilərdə leysan xarakterli intensiv olub. Yağan yağışlar nəticəsində bəzi çaylarda sululuq artıb. Yüksək dağlıq ərazilərdə isə qar yağması müşahidə olunub, qarın hündürlüyü 4 santimetrə çatıb.
Bu sözləri ETSN-nin Hitrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Bu cür qeyri-sabit hava şəraiti Bakıda və bölgələrimizdə davam edəcək. Buludlu hava şəraiti üstünlük təşkil edəcək. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun günorta saatlarında 16-18 dərəcədən yüksək olacağı gözlənilmir. Bölgələrdə də yağıntılı hava şəriti bu gün davam edəcək. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olacaq. Dağlıq ərazilərdə qar yağması ehtimal olunur. Oktyabrın 7-də gündüz saatlarından ölkə ərazisində hava şəraitinin bu günlərlə müqayisədə nisbətən mülayimləşəcəyi gözlənilir. Yağıntılar sabah günorta saatlarından tədricən kəsiləcək. Paytaxtda da sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 18 dərəcəyədək isti olacaq. Artıq Oktyabrın 8-də paytaxtda, eləcə də bölgələrdə hava şəraitinin nisbətən sabit və gün ərzində yağıntısız keçəcəyi gözlənilir”, - qurum rəsmisi bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər