Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ölkə üzrə müşahidə olunan faktiki hava AÇIQLANDI

Baxılıb: 596     Tarix: 16-11-2021 12:54   

Noyabrın 16-sı saat 11:30 olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Vəlvələçay-Təngəaltıda (Quba) 17 mm, Ləzədə 12 mm, Qusarda 10 mm, Şabranda 3 mm, Qəbələ, Şəkidə 2 mm, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1 mm, Bakıda və Abşeron yarımadasında, Pirallahı, Maştağa, Sumqayıtda 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.

Qanunvehedef.azшаблоны для dle 11.2