Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Azərbaycanda güclü zəlzələ ehtimalı var? - AÇIQLAMA

Baxılıb: 377     Tarix: 22-11-2021 12:38   

Noyabrın 20-də Şamaxıda baş verən iki zəlzələdən sonra həmin gecə yenə təkanlar hiss edilib. Qeyd edək ki, zəlzələlərdən biri noyabrın 20-də yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 17 kilometr cənubda - Şamaxı rayonu ərazisində 5,1 bal, ikincisi isə 16:48-də 4,5 bal gücündə olub. Orta gücdə olan iki zəlzələdən sonra kiçik təkanlar qeydə alınıb. Mütəxəssislər bunun normal olduğunu, narahatlığa heç bir səbəb olmadığını bildirirlər.
Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Trend-ə deyib ki, bu afterşokların davam etməsi normaldır:
"İlin əvvəlindən bu günədək ölkəmizdə dörd minə qədər yeraltı təkan qeydə alınıb. Şamaxıda baş verən zəlzələ il ərzində hiss olunan 14-cü təkandır, qalanları isə hiss edilməyəcək dərəcədə zəif olub. Qısamüddətli proqnoz vermək qeyri-mümkündür. Yaxın zamanlar üçün ölkəmizdə dağıdıcı zəlzələlər gözlənilmir. Aparılan tədqiqatlar onu göstərir ki, zəlzələ ocaqlarında gərginlik yoxdur", - deyə Q.Yetirmişli əlavə edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}