Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

DƏHŞƏTLİ HADİSƏ: 3 körpə evin içində yanaraq öldü, səbəb isə...

Baxılıb: 754     Tarix: 25-12-2021 15:05   

Mənzillərin isidilməsində insanlar kombilərlə yanaşı, qazla işləyən istilik sobalarından da istifadə edirlər. Lakin bu halda diqqətli olmaq lazımdır. İstismara verilən zaman edilən hər hansı bir müdaxilə həyatınız bahasına başa gələ bilər. Məsələn, Türkiyənin İzmir şəhərində dəhşətli yanğın hadisəsi baş verib. Hadisəyə məhz istilik sobasının səbəb olduğu ehtimal edilir.
Qanunvehedef.az-ın "DHA" agentliyinə istinadən verdiyi məlumata görə, yanğında 3 azyaşlı uşaq ölüb.
Hadisə şahidi olan qonşu Ayten Özadır 2 yaşlı əkizlərin və 3 yaşlı oğlan uşağının alovlar içərisində qaldığını söyləyib:
"Yanğının sobadan başladığını düşünürük. Uşaqlar içəridə idi. Evə girməyə çalışdım, amma alov hər yerə yayılmışdı. Ona görə də içəri girə bilmədim. Üç uşağın bir-birini qucaqlayıb ağladığını gördüm, amma xilas edə bilmədim. Yanğınsöndürən gecikdi, 1 saata gəldilər. Uşaqlar yanğınsöndürənlərin məsuliyyətsizliyindən öldü. Mən içəri girmək istəyəndə gəlsəydilər, bəlkə də uşaqlar indi sağ olardı".
Qeyd edək ki, yanğın 1 saata söndürülüb. Yanğın zamanı isə uşaqların valideynlərinin evdə olmadığı bildirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar