Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yollar buz bağlayacaq, güclü külək əsəcək - PROQNOZ

Baxılıb: 745     Tarix: 27-12-2021 11:51   

Bu gün Azərbaycanda hava dəyişkən buludlu olacaq, yollar buz bağlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a bildirilib ki, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.
Tibbi-meteoroloji proqnoz:
Dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarına gəlincə, hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 0-5° isti olacaq.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar