Bu qanuna dəyişikliklər qəbul edildi
Baxılıb: 770 Tarix: 27-12-2021 14:47
Milli Məclisin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Qanunvehedef.az xəbər verir ki, siyahının adı dəyişərək “Yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb səhifəsinin) Siyahısı” olacaq.
Bununla əlaqədar qanunun 13-3.8-ci maddəsinə də dəyişiklik təklif olunur. Qüvvədə olan qanuna əsasən, İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir.
Layihəyə əsasən, İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın İnternet informasiya ehtiyatında və ya onun müvafiq hissəsində (bir və ya bir neçə veb səhifəsində) yayılmasının qanunla qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını və ya onun müvafiq hissəsini (bir və ya bir neçə veb səhifəsini) şəxsin müraciəti əsasında “Yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb səhifəsinin) Siyahısı”na daxil edəcək.
Ən çox oxunanlar
Son xəbərlər