Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Neft Daşlarında dalğanın hündürlüyü 2,8 metrə çatıb - Faktiki hava

Baxılıb: 835     Tarix: 03-01-2022 13:15   

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a bildirilib ki, yanvarın 3-ü saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir güclənib.
Düşən yağıntının miqdarı Yardımlıda 27.0 mm, Biləsuvarda 26.0 mm, Ləzədə (Qusar) 11.0 mm, Şahbuzda 7.0 mm, Ağdərədə (Ordubad) 6.0 mm, Şabran, Ordubadda 4.0 mm, Xınalıq, Lerik, Quba, Qrızda 3.0 mm, Astara, Şərurda 2.0 mm, Qusar, Xaltan, Sədərəkdə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında yağan yağış 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Ləzədə (Qusar) 18 sm, Qrızda 13 sm, Ağdərədə (Ordubad) 10 sm, Xınalıqda, Şahbuzda 7 sm, Xaltanda 6 sm, Lerikdə 4 sm, Şərur, Sədərəkdə 2 sm, Qusar, Sarıbaşda (Qax) 1 sm olub.
Şimal-qərb küləyi arabir Naftalanda 28-32 m/s, Şəki, Tərtərdə 25 m/s, Bərdə, Neftçala, Qobustan, Gəncə, Daşkəsəndə 20 m/s, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 3-6° isti, dağlıq rayonlarda 2-9° şaxta, Naxçıvan MR-da 5-10 şaxta olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar