Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Dumanlı havanın səbəbi açıqlandı

Baxılıb: 407     Tarix: 21-02-2022 12:11   

Ölkə ərazisində son günlər müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.
Bunu Qanunvehedef.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb.
U.Tağıyeva qeyd edib ki, gecə saatlarında yer səthi tədricən soyuyur ki, bu da havanın aşağı qatlarının da soyumasına səbəb olur. Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın yaranması inversiya ilə izah olunur.
Xidmət rəisi onu da əlavə edib ki, günün ikinci yarısında cənub-qərb küləyinin arabir 15-18 m/s-dək güclənməsi dumanın seyrəlməsinə səbəb olacaq. Lakin ayın 23-dən 26-dək əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yenidən duman olacağı ehtimal olunur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar