Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dumanlı hava nə vaxtadək davam edəcək?

Baxılıb: 454     Tarix: 03-03-2022 11:50   

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. 
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Qanunvehedef.az-a bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Belə ki, Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub.
G.Məmmədovanın sözlərinə görə, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görünüş 50-500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək.



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar