Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dumanlı hava şəraiti nə vaxta qədər davam edəcək?

Baxılıb: 504     Tarix: 11-04-2022 11:56   

Hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti inversiya xarakterlidir. Ölkə ərazisinin bəzi bölgələrində, o cümlədən Bakıda görünüş məsafəsi 200-800 metr, Astara rayonunda isə 50 metrədək məhdudlaşıb.
Qanunvehedef.az xəbər veirr ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
"Mövcud sinoptik şərait temperatur inversiyasının yaranmasına səbəb olub. Gecə və səhər saatlarında nisbətən soyuq hava kütləsinin isti havanı sıxaraq yuxarı təbəqələrə qaldırması nəticəsində yerüstü təbəqədə temperatur yuxarı təbəqəyə nisbətən aşağı olub. Yaranan inversiya qatı dumanın əmələ gəlməsinə şərait yaradıb".
G.Məmmədova qeyd edib ki, ölkə ərazisində dumanlı hava şəraiti aprelin 13-dək əsasən gecə və səhər saatlarında fasilələrlə davam edəcək. Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 50-500 m-dək məhdudlaşacaq.
"Aprelin 12-dən 13-nə keçən gecə cənub-şərq küləyinin şimal küləyi ilə əvəz olunacağı və arabir güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar