Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Abşeronda DƏHŞƏTLİ QƏZA: Avtomobillə mopedləri vurdu - Ölən var

Baxılıb: 299     Tarix: 26-04-2022 11:57   

Abşeronda avtomobillə mopedlər toqquşub, ölən var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 25-də saat 16 radələrində rayonun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini N.Alməmmədli idarə etdiyi "Chevrolet" markalı avtomobillə qarşıda gedən Bakı şəhər sakini Rəşid Adıgözəlovun və Xırdalan şəhər sakini V.Xəlilovun idarə etdikləri mopedləri vurub. Nəticədə R.Adıgözəlov hadisə yerində ölüb, digər mopedçi xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qanunvehedef.az



{sape_links}{sape_article}