Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Maşından düşüb yolda dayanan şəxslər faciəvi şəkildə öldü

Baxılıb: 258     Tarix: 27-04-2022 09:52   

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Qanunvehedef.az-ın əldə etdiyi məlumata görə, Bakı-Ələt yolunda 1995-ci il təvəllüdlü İbrahim Əsədzadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə 2 piyadanı vurub. Nəticədə piyadalar-1967-ci il təvəllüdlü Səyavuş Cəfərov və 1985-ci il təvəllüdlü Emil Qurbanov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüb.
İlkin araşdırma zamanı məlum olub ki, vəfat edən piyadalar magistral yolun kənarında dayanıbmış. Belə ki, S.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobili magistral yolun 65-ci kilometrliyində saxlayaraq sərnişini ilə birlikdə yerə düşüb. Bu zaman sürətlə hərəkətdə olan “Chevrolet” onların ikisini də vurub öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.шаблоны для dle 11.2