Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

DİN-in qarşısında özünü bu mənzilə görə yandırıb - Foto

Baxılıb: 495     Tarix: 27-04-2022 15:58   
 Xəbər verdiyimiz kimi, ötən gün 32 yaşlı Türkiyə vətəndaşı A.K. Daxili İşlər Nazirliyinin qarşısında üzərinə yandırıcı maye tökərək özünü yandırıb.
Məlum olub ki, bir neçə gün ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) əməkdaşları onun “Tarqovı”dakı mənzildə qanunsuz inşa etdiyi eyvanı sökməsini tələb edib. A.K. isə bundan imtina edib, nazirliyin qarşısına gələrək özünü yandıracağını bildirib və qəfil üzərinə yandırıcı maye töküb.
Qanunvehedef.az “Qafqazinfo” istnadən xəbər verir  bu gün sözügedən tikintinin yerləşdiyi ərazidə olduq. Məlum oldu ki, A.K. eyvanı Nizami küçəsinə açılan mənzilinə əlavə olaraq eyvan artırıb.
Qonşuların bildirdiyinə görə, həmin şəxs tikinti işlərinə ötən ilin payızından başlayıb. O, mənzili obyekt kimi icarəyə vermək istəyib. Qonşular qeyd ediblər ki, tikinti işinə görə mənzil sahibi ilə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri arasında mübahisələr yaşanıb, dəfələrlə mənzil sahibinə tikintini dayandarmaqla bağlı xəbərdarlıq edilib.
Bina sakinləri həmçinin qeyd ediblər ki, özünü yandıran şəxs həmin mənzildə yaşamayıb.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar