Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yanğından sonra Sumqayıtda havanın keyfiyyət göstəriciləri necədir?

Baxılıb: 291     Tarix: 29-04-2022 09:35   

“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğının atmosfer havasına təsirlərini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib, havanın keyfiyyət göstəriciləri ölçülüb.
Qanunvehedef.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən avtomatik stansiyalardan aprelin 28-də axşam saatlarında daxil olan məlumatlara əsasən, təyin olunan havanın keyfiyyət göstəricilərinin orta sutkalıq qatılığı – azot-4 oksid 1.2 dəfə, azot-2 oksid 3.7 dəfə, dəm qazı isə 1.3 dəfə normadan yüksək olub.
U.Tağıyevanın sözlərinə görə, çirkləndiricilərin yüksək qatılığı əsasən gecə saatlarında qeydə alınıb. Belə ki, azot-4 oksid 3.5, azot-2 oksid 9, dəm qazı 2.1 dəfə normadan yüksək olub.
“Gecə saatlarından başlayaraq çirkləndirici qaz qarışıqlarının konsentrasiyasında azalmalar müşahidə edilir. Hazırda Sumqayıt şəhərində təyin edilən havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir”, - deyə o əlavə edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar