Sumqayıtda zavodda partlayış baş verdi: Ölən var

Baxılıb: 283     Tarix: 05-05-2022 12:04   

Sumqayıtda zavodda qaz balonu partlayıb.
Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən, 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, çatdırıldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar