Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bakıda səfirlik əməkdaşı avtomobil qəzasına düşdü

Baxılıb: 731     Tarix: 13-05-2022 14:19   

Bakıda səfirlik əməkdaşı avtomobil qəzasına düşüb.
Trend-in məlumatına görə, hadisə bu gün saat 11 radələrində baş verib.
1987-ci il təvəllüdlü Türkiyə vətəndaşı Yüzak Taner idarə etdiyi avtomobillə hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə nəticəsində ağır xəsarət alan Y.Taner xəstəxanaya yerləşdirilib.
Qəzada xəsarət alan Y.Tanerin Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı olduğu bildirilir.
Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-in sorğusuna cavab olaraq bildirib ki, qəzada ağır xəsarət alan Türkiyə vətəndaşı mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
"Dərhal yaralıya ilkin tibbi yardım göstərilib. KT və ultrasəs müayinəsi aparılıb. Hazırda yaralı qapalı kəllə beyin travması ilə Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil olaraq qalır", - E.Hidayətoğlu deyib.

Qanunvehedef.azшаблоны для dle 11.2