Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Polis mayoru ağır qəzaya düşdü

Baxılıb: 476     Tarix: 08-06-2022 10:26   

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.
Qanunvehedef.az Unikal.org-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Qubat Qasımov idarə etdiyi "Xəzər" (KHAZAR) markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki polis mayoru Qubat Qasimov Gəncə şəhər Baş Polis idarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşıdır. O, xidməti avtomobili ilə qəzaya düşüb.
Faktla bağlı araşdırma aparılır.



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar