Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda ağır qəzada yaralananların biri hamilə imiş

Baxılıb: 497     Tarix: 14-06-2022 11:20   

Ötən gecə Binəqədi rayonu, Goradil-Novxanı yolunda baş vermiş avtoqəza nəticəsində xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, hadisə nəticəsində ağır yaralanmış iki nəfər Mərkəzin Reanimasiya, bir nəfər Travmatologiya şöbəsinə yerləşdirilib, digər iki nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: “Reanimasiya şöbəsinə yerləşdirilmiş 1980-ci il təvəllüdlü şəxsdə qabırğaların sınığı, burun sümüyünün sınığı, bud-çanaq oynağının çıxığı və 1986-cı il təvəllüdlü şəxsdə isə çanaq sümüklərində çoxsaylı sınıqlar diaqnozu qoyulub. Hər iki yaralının vəziyyəti ağır stabil qiymətləndirilir.
Travmatologiya şöbəsinə yerləşdirilən üçüncü, 1999-cu il təvəllüdlü şəxsdə isə sol bud sümüyünün çıxığı diaqnozu qoyulub və hamilə olması nəzərə alınaraq, xüsusi müayinələrdən keçirilib. Hazırda yaralının vəziyyəti normal qiymətləndirilir”.



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar