Xəbər lenti
19/11/2025 [10:24]
Bakıda obyekt yandı
19/11/2025 [09:59]
Ronaldo Ağ Evdə
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bakıda iş adamı başqasını xilas edərkən öldü

Baxılıb: 547     Tarix: 16-06-2022 10:05   

Dünən Bakıdakı çimərliklərin birində ölüm hadisəsi baş verib.
Qanunvehedef.az xəbər verir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığındakı çimərlikdə 1993-cü il təvəllüdlü Zülfüqarov Vüqar Hafiz oğlu boğularaq ölüb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bildirilir ki, V.Zülfüqarov iş adamı olub və özünün açdığı sürücülük kursuna rəhbərlik edib. O, ötən gün ailə üzvləri ilə birlikdə çimərlikdə istirahət edərkən dənizdə bir nəfərin boğulduğunu görərək həmin şəxsə kömək etməyə çalışıb. Bu zaman boğulmaqda olan şəxs xilas olsa da, 29 yaşlı Vüqar daxili orqanlarına su dolması səbəbindən vəfat edib.
Əslən Salyanın Şorsulu kəndindən olan iş adamı bu gün doğulduğu rayonda dəfn ediləcək.шаблоны для dle 11.2