Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Avtomobili ağaca çırpdı, atası öldü

Baxılıb: 523     Tarix: 16-06-2022 10:25   

Qəbələdə avtomobil ağaca çırpılıb, ata ölüb, oğlu xəsarət alıb.
Qanunvehedef.az-ın məlumatına görə, hadisə bu gün səhər İsmayıllı-Qaraməryəm-Şəki yolunun, Nic qəsəbəsindən keçən hissəsində baş verib.
Oğuzun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əsgərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, sürücünün atası 1963-cü il təvəllüdlü Əsgərov Bəylər Əlövsət oğlu hadisə yerində ölüb. Sürücü Pərvin Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar