Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nardaranda batan digər bacının da meyiti tapıldı

Baxılıb: 466     Tarix: 21-07-2022 10:45   

Nardaran çimərliyində boğulan bacılardan digərinin də meyiti tapılıb.
FHN-dən verilən məlumata görə, qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın cəsədi FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir.
Qeyd edək ki, hadisə ötən gün baş verib. Aysu və Aysel Abdullayeva bacıları dünən dənizdə çimərkən boğulublar. 17 yaşlı Ayselin meyiti ötən gün tapılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2